Qara Qarayev: Son vaxtlar belə atmosferdə hazırlaşmamışdıq
02.06.2015 - 20:26
Sabah “Qarabağ”la “Neftçi” arasında baş tutacaq Azərbaycan Kubokunun final matçından öncə ağdamlıların yarımmüdafiəçisi Qara Qarayev fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, gərgin oyun keçəcəyini deyən yarımmüdafiəçi oyuna olan maraqdan məmnun olduqlarını vurğulayıb:
“Azarkeşlərin bu marağı sabah oyunun gərgin keçəcəyindən xəbər verir. Son vaxtlar belə atmosferdə hazırlaşmamışdıq. İnşallah, sabah yaxşı mübarizə olacaq. Mövsümün sonunda yorğunluq var idi. Amma mövsüm hələ bitməyib. Düşünürəm ki, komandada güc var. Yorğunluq olsa belə, motivasiya yüksəkdi.
0
0