Qarabağ”ın qapısına vurulan qol hesaba alınsaydı...
23.04.2014 - 12:25
Qarabağ”ın qapısına vurulan qol hesaba alınsaydı...

Topaz Premyer Liqasının XXXI turunun “Simurq” – “Qarabağ” oyununun baş hakimi Orxan Məmmədovun səhvi aşkarlanıb. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası sabiq FİFA laysmanının qolun qeydə alınmasındakı səhvini üzə çıxarıb.

 

Belə ki, referi meydan sahiblərinə qələbə qazandıran qolu Draqan Çeranın vurduğunu qeydə alıb. Lakin oyunun videoyazısına təkrar baxdıqdan sonra qolun “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov tərəfindən öz qapısına vurulduğu məlum olub. Bu üzdən də qurum hakimin kobud səhvini aradan qaldırıb və həmin top avtoqol kimi hesaba alınıb.

 

Qeyd edək ki, Çeran cari mövsüm çempionatda 10 qol vurub. Əgər “Qarabağ”ın qapısına vurulan top onun hesabına yazılsaydı, serb futbolçu “Qəbələ”li Daniyel Subotiçlə birlikdə bombardirlər siyahısında 3-cü olacaqdı.

 

Mənbə: pfl.az