"Real"da yeni müqavilə
02.05.2016 - 18:56
"Real"da yeni müqavilə

“Real” hücumçusu Qaret Beyllə bağlı yekun qərarını verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, uelsli futbolçu komandasi ilə yeni müqavilə imzalamağa hazırlaşır.

 

Cari mövsümün əvvəlində transferə çıxarılması gözlənilən, lakin sonradan komandada saxlanılan Beyl çıxışı ilə rəhbərliyin ona qarşı münasibətini dəyişib. Xüsusən də, Kriştianu Ronaldonun yoxluğunda Primeronun son iki turunda liderliyi üzərinə götürərək komandasına qələbə qazandıran 26 yaşlı oyunçuya artıq yeni müqavilə təklif edilib. Tərəflər arasında bu mənada ilkin razılıq da əldə olunub. Beyl sazişə qol çəkərsə, 2021-ci ilin yayına qədər “kral klubu”na məxsus olacaq.

 

Qeyd edək ki, Qaret Beyl cari mövsümdə Primeroda 19 qola imza atıb.