Qazaxıstan 32-ci oldu
27.08.2015 - 08:51
Qazaxıstan 32-ci oldu

Qazaxıstan Çempionlar Liqasının əsas mərhələsində təmsil olunan 32-ci ölkə kimi tarixə düşüb. Apasport.az saytının məlumatına görə, pley-off mərhələsində Kiprin APOEL klubunu mübarizədən kənarlaşdıran “Astana” ölkəsinin qrup mərhələsindəki ilk komandası olub.

 

Astananın eyniadlı təmsilçisinin uğuru nəticəsində Qazaxıstan qitənin ən nüfuzlu klub turnirində təmsil olunan ölkələrin sayını 32-yə çatdırıb.

 

Belə ki, 1992-ci ildən keçirilən yarışlarda bunadək 31 ölkə yarışın əsas mərhələsinə yüksəlmişdi.

 

Qeyd edək ki. avrokuboklarda ümumilikdə 54 ölkənin klubları mübarizə aparır. Digər 22 ölkə isə Çempionlar Liqasının qrupuna düşməyib.