Qəbələdə start, Lənkəranda finiş
03.02.2015 - 14:46
Qəbələdə start, Lənkəranda finiş

Topaz Premyer Liqasının XX turunun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu həftənin qarşılaşmaları iki gün ərzində keçiriləcək.

 

“Qəbələ” – AZAL matçı ilə start götürəcək turun iki matçı Bakıda, ikisi paytaxtdan kənarda baş tutacaq. Azərbaycan çempionu “Qarabağ”ın 2015-ci ildə ilk rəsmi matçına çıxacağı tura Lənkəranda yekun vurulacaq. Həftənin son görüşündə “Xəzər Lənkəran” “İnter”i qəbul edəcək.

 

XX tur

06 fevral (cümə)
14:00. “Qəbələ” – AZAL

Qəbələ şəhər stadionu

16:00. “Neftçi” – “Simurq”
“Bakcell Arena”

07 fevral (şənbə)
16:00. “Qarabağ” – “Bakı”

Tofiq Bəhramov adına Respublika stadionu

 

17:00. “Xəzər Lənkəran” – “İnter”
“Xəzər Lənkəran” mərkəzi stadionu