Qətərə qarşı korrupsiya ittihamı rədd edildi: Bu, irqçilikdir
07.06.2014 - 06:42
Qətərə qarşı korrupsiya ittihamı rədd edildi: Bu, irqçilikdir

 

Milli olimpiya komitələrinin prezidenti şeyx Əhməd əl-Fəhad əl-Sabah Qətərin FİFA məmurlarını rüşvətlə ala almaları barədə ittihamı rədd edib. Apasport.az saytının məlumatına görə, eyni zamanda Asiya Olimpiya Şurasının prezidenti və Beynəlxalq Olimpiya Komitəsinin üzvü olan şeyx heç kimə rüşvət verilmədiyini bildirib.

 

İngiltərə mətbuatının yazdığına görə, FİFA-nın İcraiyyə Komitəsinin və Asiya Futbol Konfederasiyasının keçmiş üzvü Məhəmməd bin Hammam Qətərin 2020-ci il mundialına ev sahibliyi etməsi üçün FİFA məmurlarına 5 milyon dollar rüşvət verib. FİFA artıq seçki prosedurunu araşdırmaq üçün komissiya yaradıb.

 

Əhməd əl-Fəhad əl-Sabah bütün bunları mətbuatın irqçi hücumları adlandırıb: “Biz bu irqçi hücumlara Qətərlə bir yerdə müqavimət göstərəcəyik və axıra qədər duracağıq. Heç kim dünya çempionatını keçirmək hüququnu Qətərdən ala bilməz. Mən qətərli dostlarım, o cümlədən Qətər Futbol Assosiasiyasının prezidenti şeyx Salman bin İbrahimlə daimi əlaqə saxlayıram. Biz Qətəri müdafiə edəcəyik və Allahın izni ilə 2020-ci ildə Dohada görüşəcəyik”.