Qiqqz “Old Trafford”la vidalaşdı
07.05.2014 - 01:43
“Mançester Yunayted”in əfsanəsi Rayan Qiqqz doğma “Old Trafford” stadionu ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, hazırda komandanın baş məşqçi səlahiyyətlərini həyata keçirən Qiqqz karyerasında sonuncu dəfə doğma divarlar arasında meydana çıxıb.
Qiqqz 70-ci dəqiqədə Tom Lourensin əvəzinə meydana çıxıb. “Mançester Yunayted” Qiqqzin köməkliyi ilə oyunda üçüncü qolunu vurub. Matçdan sonra alqışlanan 40 yaşlı oyunçu gül mərasimi ilə yola salınıb.
0
0