Qitə çempionatının finalını idarə edən hakim millimizin oyununda
07.05.2014 - 10:55
Qitə çempionatının finalını idarə edən hakim millimizin oyununda

Azərbaycan millisinin mayın 27-də ABŞ-la keçirəcəyi yoldaşlıq oyununu qitə çempionatının final matçında fit çalan hakim idarə edəcək. Apasport.az saytının məlumatına görə, San-Fransiskodakı görüş kosta-rikalı hakimi Henri Bejerano 2013-cü ildə U-17-lər arasında KONKAKAF çempionatının həlledici görüşündə də ədaləti qoruyub.

 

Həmin turnirin 5 matçına təyinat alan referi finalda Meksikanın Panamanı 2:1 hesabı ilə məğlub etməsinə şahidlik edib. Bundan başqa, Bejerano Mərkəzi Amerika Oyunlarının yarımfinalında da fit çalıb. Bir neçə yoxlama oyununun da iştirakçısı olan referi 2 mövsümdür KONKAKAF zonası üzrə Çempionlar Liqası matçlarına da təyinat alır.

 

Qeyd edək ki, 35 yaşlı referi 2011-ci ildən FİFA dərəcəsinə malikdir.