Qola sevindi, tullandı və dünya çempionatına “əlvida” dedi
15.06.2014 - 14:29
Qola sevindi, tullandı və dünya çempionatına “əlvida” dedi

 

İngiltərə millisinin fizioterapevti Qarri Levin İngiltərə-İtaliya matçında yığmasının qoluna sevinən zaman zədələnib. Apasport.az saytının məlumatına görə, əsas vəzifəsi futbolçuları sağaltmaq olan Levin özü pis vəziyyətə düşüb.

 

Fizioterapevt İngiltərə millisinin oyunçusu Daniel Starricin 37-ci dəqiqədə cavab qolunu vurmasından sonra sevindiyindən atılıb düşməyə başlayıb. Bu zaman o, gözlənilmədən ayağını meydanın kənarına atılan su şüşəsinin üstünə qoyub və topuğundan ciddi zədələnib. Zədələnəndən sonra xəstəxanaya aparılan 50 yaşlı Levin üçün dünya çempionatının başa çatdığı bildirilir. Onu Stiv Kemp əvəz edəcək.