Topaz Premyer Liqasının XXVII turunu oyun keçirmədən başa vuracaq “Qəbələ” vaxt itirmədən növbəti turun hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”da cəmi bir günlük istirahət olub.
Dünəndən AZAL-la aprelin 5-də keçiriləcək qarşılaşmanın hazırlığına start götürən şimal təmsilçisi məşqlərini doğma məkanda davam etdirir. Roman Qriqorçukun komandasında yeganə itki zədəli Luis Hilario Dododu. Aprelin 3-nə qədər öz bazasında hazırlıq keçəcək “Qəbələ” həmin gün Bakıya gələcək və son məşqini aprelin 4-də qarşılaşmanın baş tutacağı “AZAL Arena”da edəcək.
Qeyd edək ki, XXVIII turun AZAL – “Qəbələ” oyunu aprelin 5-də keçiriləcək.