Sabah avrokubokların pley-off mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, üç gün ərzində Çempionlar liqası və Avropa Liqasında ümumilikdə 32 qarşılaşma baş tutacaq.
Qrup mərhələsinə iddia edən klubların mübarizəsi qitənin ən nüfuzlu klub turnirində başlayacaq. Çempionlar Liqasında pley-offun ilk oyunlarından 5-i sabah, 5-i isə ertəs gün keçiriləcək.
Azərbaycan təmsilçisinin olmadığı yarışda bəzi qarşılaşmalar maraqla gözlənilir. “Latsio”nun “Bayer”lə, “Monako”nun “Valensiya” ilə duelinə diqqət böyükdü.
Avqustun 20-də isə Avropa Liqasında 22 görüş baş tutacaq. Azərbaycanın iki klubu da bu turnirdə qüvvəsini sınayacaq.
Avropa Liqasında ilk üç təsnifat mərhələsini uğurla adlayan “Qəbələ” pley-offa ev oyunu ilə başlayacaq. Roman Qriqorçukun yetirmələri Yunanıstanın “Panatinaikos” klubu ilə üz-üzə gələcək.
Çempionlar Liqasında mübarizəni dayandırıb, Avropa Liqasında çıxış etməli olan “Qarabağ”ı isə səfər sınağı gözləyir. Ağdamlılar İsveçrədə “Yanq Boyz”la görüşəcək.
Türkiyənin “Fənərbaxça” klubu da qrup mərhələsinə düşmək üçün Yunanıstan klubunu adlamalıdı. İstanbul təmsilçisi “Atromiitos”la ilk dueldə qüvvəsini sınayacaq. Matç Yunanıstanda keçiriləcək.
Çempionlar Liqası
Pley-off mərhələsi
18 avqust
22:00. “Astana” (Qazaxıstan) - APOEL (Kipr)
23:45. “Mançester Yunayted” (İngiltərə) - “Brügge” (Belçika)
23:45. “Latsio” (İtaliya) - “Bayer” (Almaniya)
23:45. “Sportinq” (Portuqaliya) - MOİK (Rusiya)
23:45. BATE (Belarus) - “Partizan” (Serbiya)
19 avqust
23:45. “Skenderbeu” (Albaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
23:45. “Seltik” (Şotlandiya) - “Malmö” (İsveç)
23:45. “Bazel” (İsveçrə) - “Makkabi” (Təl-Əviv, İsrail)
23:45. “Rapid” (Avstriya) - “Şaxtyor” (Ukrayna)
23:45. “Monako” (Fransa) - “Valensiya” (İspaniya)
Avropa Liqası
Pley-off mərhələsi
20 avqust
21:00. “Qəbələ” (Azərbaycan) - “Panatinaikos” (Yunanıstan)
21:00. “Dinamo” (Minsk, Belarus) - “Zalsburq” (Avstriya)
21:00. “Astra” (Rumıniya) - “Alkmaar” (Hollandiya)
22:00. “Ayaks” (Hollandiya) - “Yablonets” (Çexiya)
22:00. “Zarya” (Ukrayna) - “Legiya” (Polşa)
22:00. “Mölde” (Norveç) - “Standard” (Belçika)
22:00. PAOK (Yunanıstan) - “Brondbü” (Danimarka)
22:00. “Slovan” (Çexiya) - “Hayduk” (Split, Xorvatiya)
22:00. “Krasnodar” (Rusiya) - HİK (Finlandiya)
22:00. “Sparta” (Çexiya) - “Tyun” (İsveçrə)
22:30. “Milsami” (Moldova) - “Sent-Etyenn” (Fransa)
23:00. “Styaua” (Rumıniya) - “Rusenborq” (Norveç)
23:00. “Yanq Boyz” (İsveçrə) - “Qarabağ” (Azərbaycan)
23:00. “Rabotniçki” (Makedoniya) - “Rubin” (Rusiya)
23:00. “Atromitos” (Yunanıstan) - “Fənərbaxça” (Türkiyə)
23:15. “Jilina” (Slovakiya) - “Atletik” (İspaniya)
23:30. “Altax” (Avstriya) - “Belenenseş” (Portuqaliya)
23:30. “Bordo” (Fransa) - “Kayrat” (Qazaxıstan)
23:30. “Odd” (Norveç) - “Borussiya” (Dortmund, Almaniya)
23:50. “Viktoriya” (Plzen, Çexiya) - “Voyvodina” (Serbiya)
00:00. “Lex” (Polşa) - “Videoton” (Macarıstan)
00:00. “Sauthempton” (İngiltərə) - “Mityulland” (Danimarka)