“İlk dəfə “Qarabağ” belə bir turnirdə çıxış edir. Bu baxımdan ilk ev oyunumuzdur.”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Sabah Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Valletta” oyunu baş tutacaq. Həmin qarşılaşmadan öncə Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Qurbanov sabahkı görüş haqqında belə danışıb: “Rəqibi tam istədiyimiz kimi təhlil edə bilməmişdik. Gözlədiyimiz və gözləmədiyimiz çətinliklər ortaya çıxdı. Kiçik səhvlərin olmaması üçün komandanın bir yerdə çox oynaması lazımdır. Həddindən artıq bu matça ciddi hazırlaşmışıq. Oyunçularının ustalıq səviyyəsi yüksəkdir. Baş məşqçiləri neçə il Malta yığmasında çıxış edib. Ona görə də bu görüşə ciddi hazırlaşırıq. Hazırda məni nə “Zaltsburq”, nə də onların oyunları maraqlandırır. Sabah onlara görə hər hansısa bir eksperimentlərdən yararlanmayacağıq”.
Qurbanov itkilər haqqında isə bunları deyib: “Maksim Medvedev yenə oynamayacaq. Hələ ki fərdi məşq edir. Rəşad Sadıqov da bu görüşdə olmayacaq. O artıq məşqlərə başlayıb, oynaya da bilər. Ancaq risk etmək istəmirik. Həkimlər məsləhət bildi ki, onlar hələ ki oynamasınlar”.
“Qarabağ”ın çalışdırıcısı “Valletta”nın oyununu haqqında az məlumatlı olmalarını belə izah etdi: “Biz “Valletta”ya öz oyunlarımıza dair disklər göndərsək də, onların göndərdiyi materiallar bizə komandanı öyrənməyə az imkan verdi. Çünki onların heyətləri çox dəyişib. Cəmi 1 yoxlama oyunlarını izlədik. Bu da rəqibi daha dərindən öyrənmək üçün kifayət etmədi... Oyunun saat 21:30-a salınmasının xüsusi səbəbi var. Çünki Ramazan ayıdır. Çox adam matça oruclu halda gələcək. İstədik ki, azarkeşlər iftarlarını açıb bizi dəstəkləsin”.
Səbuhi TOFİQOĞLU
Qurban Qurbanov: Bu, “Valletta”nı dərindən öyrənmək üçün kifayət etmədi
21.07.2014 - 19:08
0
0