Qurban Qurbanov: Bu qələbə mərhələ keçməyimiz anlamına gəlmir
16.07.2014 - 08:08
Qurban Qurbanov: Bu qələbə mərhələ keçməyimiz anlamına gəlmir

“Asan oyun olmadı. Maltalılar 90 dəqiqə göstərdilər ki, hər an qol vurmağa qadirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

42 yaşlı mütəxəssis Çempionlar Liqasının II təsnifat mərhələsinin “Valletta” ilə Maltadakı ilk oyunu haqda fikirlərini açıqlayıb: “Bir neçə qol imkanımız olsa da, minimal hesablı qələbə qazandıq. Amma bu qələbə bizim növbəti mərhələyə keçməyimiz anlamına gəlmir. Bakıda maltalıların vuracağı qol hesabın bərabərləşməsi deməkdi. Artıq bu oyunu unudub cavab görüşünü fikirləşmək lazımdı. Bakıda bizi heç də asan olmayan oyun gözləyir. Oyuna gəlib, üçrəngli bayrağımızı tribunada açan azsaylı azarkeşlərimizə də verdiyi dəstəyə görə təşəkkür edirəm”.

 

Qeyd edək ki, “Qarabağ” səfər oyununda 1:0 hesabı ilə qalib gəlib.