Qurban Qurbanov: Futbolçulara demişdim ki...
27.04.2014 - 21:22
Qurban Qurbanov: Futbolçulara demişdim ki...

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XXXII turunun “Neftçi” ilə oyunundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, Qurbanov 1:1 hesabı ilə yekunlaşan görüşdə komandasının çıxışından razı qalmadığını bildirib: Daha çox qayda pozuntuları və mübarizə ilə yadda qalan maraqlı oyun oldu. Futbolçular bir-birinə qarşı sərt idi, oyunun sonlarına yaxın bir az sakitləşdilər. Mövsümün sonudur, futbolçularda gərginlik var. Nəticəni normal sayıram. Bizi vaxtından əvvəl çempionluqla təbrik edirdilər. Bugünkü oyun bizim üçün bir siqnal oldu, tələsmək lazım deyil. Qarşıda 4 oyunumuz var, hər bir rəqib bizim üçün çətindir. Çempionatda sizi daha maraqlı oyunlar gözləyir. Futbolçulara demişdim ki, soyuqqanlı olmalıyıq. Oyunumuzdan tam razı qalmadım, rəqibin pressinq tətbiq edəcəyini bilirdim”.