Qurban Qurbanov: Məğlub olmağı haqq edirdik
20.04.2014 - 19:21
Qurban Qurbanov: Məğlub olmağı haqq edirdik

 

Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Simurq”la oyunda məğlubiyyəti şərh edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi oyun haqqında deyiləsi o qədər də çox fikrinin olmadığını bildirib: “Desəm ki, “Simurq”, yaxud da biz güclü oynadıq, düz çıxmaz. Sadəcə olaraq, bir standart vəziyyətdən yararlandılar. Bir neçə gün öncə bu oyuna görə narahat idim. Məğlub olmağı haqq edirdik. Qarşıdakı oyuna hazırlaşmaq lazımdır. Süni ot örtüyü və hava şəraiti, istər-istəməz, oyuna təsir etdi. Amma, bu, məğlubiyyətin səbəbi olmadı. Rəqib komandanı təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.