Qurban Qurbanov: Vacib oyun idi
23.03.2014 - 19:48
Qurban Qurbanov: Vacib oyun idi

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Sumqayıt”la oyun barədə fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, baş məşqçi bu oyunun onlar üçün vacib olduğunu qeyd edib: “Ağır qrafiklə oynayırıq. Futbolçularda yorğunluq hiss olunurdu. Oyun intizamımızı sona kimi pozmadıq və qələbə qazandıq. “Sumqayıt”ın öz oyun üslubu var, sürətli əks-hücumlar qururlar, topla yaxşı davranırlar. İlk hissədə bir neçə qol imkanları oldu. Son vaxtlar bütün komandalar üçün təhlükəli rəqibdirlər. Buna baxmayaraq, bu hücumların qarşısını aldıq və ikinci hissənin ortaların rəqib yoruldu. Yaranmış boşluqlardan istifadə etdik və 3 qol vurduq. “Sumqayıt”a qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.