Qurban Qurbanov: Vüqar Nadirov başqa komandaya keçmək istəyirdi
20.06.2014 - 09:41
Qurban Qurbanov: Vüqar Nadirov başqa komandaya keçmək istəyirdi

“Açığı, Vüqar Nadirov komandadan ayrılmaq istədiyini bildirmişdi. O, başqa komandaya keçmək istəyirdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
 

Topaz Premyer Liqasının son qalibi olan, tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ” məşqlərini paytaxtda davam etdirir. İyunun 12-dən hazırlığa start verən Qurbanovun yetirmələri arasında komandadan ayrılmağı düşünənlər də yox deyildi.
 

Belə ki, yığmanın da formasını geyinən, amma son mövsümü əsasən ehtiyatda keçirən Vüqar Nadirovun özünü başqa komandada sınamaq istədiyi bildirilirdi. Hətta futbolçu bununla bağlı baş məşqçiyə də müraciət etmişdi. Lakin sonradan Nadirov komandada qalası olub: “Vüqar bizə müraciət edəndə bildirdim ki, hansısa futbolçu getmək istəyirsə, ona problem yaratmayacağıq. Amma hələlik sakitçilikdir. Onun komanda ilə bir illik müqaviləsi var. Hazırda Vüqar komandadadır və məşqlərdə iştirak edir”.