Qurbanov Foqtsun siyahısında
30.04.2014 - 16:46
Qurbanov Foqtsun siyahısında

Mayın 27-də ABŞ millisi ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığmasına çağırılan futbolçulardan 5-i müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts okeanın o tayında keçiriləcək təlim-məşq toplanışı və yoxlama oyunu üçün “Neftçi”nin 5 futbolçusuna dəvət göndərib.

 

Bunlar Rəşad Sadiqov, Mahir Şükürov, Araz Abdullayev, Elvin Yunuszadə və Ruslan Qurbanovdur. Onlar mayın 20-dən 28-dək ABŞ-da baş tutacaq hazırlıqlarda iştirak edəcək.

 

Qeyd edək ki, bu futbolçulardan yalnız biri – milliləşən rusiyalı Qurbanov indiyədək yığmamızda debüt etməyib.