Çempionlar Liqasının II təsnifat mərhələsinin bu gün keçiriləcək cavab oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 42 yaxşı mütəxəssis Ağdam təmsilçisini 30-cu avrokubok matçına çıxaracaq.
2008-ci ilin yayından “Qarabağ”ın “sükanı arxasına” keçən Qurbanov 5-ci mövsümdür komandasını qitə miqyaslı yarışa çıxarır. 4 dəfə Avropa Liqasına Ağdam klubu ilə başlayana çalışdırıcı bu mövsüm Çempionlar Liqasında da debüt etdi.
Maltanın “Valletta” klubu ilə cavab oyununadək Qurbanov 29 dəfə avrokubok həyəcanını “Qarabağ”la yaşayıb. Bu görüşlərdə onun yetirmələri 16 qələbə qazanıb, 7 heç-heçə edib və cəmi 6 dəfə uduzub. Həmin qarşılaşmalarda top fərqi 38:27-dir. Maltalılara bu gün vurulacaq 2-ci qol yubiley əhəmiyyəti kəsb edəcək.
“Qarabağ” Qurbanovun rəhbərliyi altında yalnız güclü, tanınan klublara uduzub. Almaniya təmsilçiləri Dortmund “Borussiya”sı və “Ayntraxt” hərəyə 2, Hollandiya “Tvente”si ilə Belçika “Brügge”si isə hərəsi 1 dəfə ağdamlıları məğlub edə bilib. “Qarabağ”ın yendikləri arasında isə “Rusenborq”, “Visla” kimi rəqiblər olub.
“Qarabağ”ın Qurban Qurbanovun rəhbərliyi altında avrokuboklardakı nəticələri
|
mövsüm |
turnir |
O |
Q |
H |
M |
T/F |
|
2009/10 |
Avropa Liqası |
6 |
3 |
2 |
1 |
5-4 |
|
2010/11 |
Avropa Liqası |
8 |
4 |
2 |
2 |
12-11 |
|
2011/12 |
Avropa Liqası |
6 |
3 |
2 |
1 |
10-5 |
|
2013/14 |
Avropa Liqası |
8 |
5 |
1 |
2 |
10-7 |
|
2014/15 |
Çempionlar Liqası |
1 |
1 |
0 |
0 |
1-0 |
|
|
Cəmi |
29 |
16 |
7 |
6 |
38-27 |
Qeyd edək ki, “Qarabağ” Qurbanova qədər avrokuboklarda 14 oyun keçirmişdisə, mütəxəssis baş məşqçi kimi Ağdam klubunadək qitə miqyaslı yarışlarda 2 qarşılaşmada iş başında olmuşdu.