Qvardiola “Bavariya”ya 5 futbolçu alacaq
02.05.2014 - 21:05
Qvardiola “Bavariya”ya 5 futbolçu alacaq

 

Almaniyanın “Bavariya” futbol klubunun baş məşqçisi Xoçep Qvardiola komandada dəyişiklik etmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis növbəti mövsümdə yüksək hədəfləri fəth etmək istəyir.

 

Qvardiola bunun üçün komandaya yeni nəfəs gətirəcək. Məlumata görə, o, ən azı 5 yeni futbolçu alacaq. Bu futbolçular yarımmüdafiəçilər olacaq.

 

Xatırladaq ki, “Bavariya” Çempionlar Liqasının finalına keçə bilməyib. Münhen klubu iki oyununun nəticəsinə uyğun olaraq “Real Madrid”ə 5:0 hesabı ilə yenilib.