Qvardiola: Gələcəyim finaldan asılıdır
05.05.2014 - 21:58
Qvardiola: Gələcəyim finaldan asılıdır

 

“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola komandadakı taleyi barədə danışıb. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis zər şeyin Almaniya kuboku uğrunda oyundan sonra bəlli olacağını deyib.

 

Qvardiola bildirib ki, “Barselona”da olduğu kimi, “Bavariya”da da hamı ondan qələbələr gözləyir: “Mən bunu qəbul edirəm. Biz bu mövsüm artıq 3 turnirdə qalib gəlmişik və Almaniya kubokunun finalına çıxmışıq. Amma “Bavariya” son zamanlar, xüsusən də “Real”la matçda yaxşı oyun göstərməyib. Hər bir məşqçi işini itirmək təhlükəsi ilə üzləşir. Almaniya kubokunun finalından sonra Mattias Zammer və Karl-Haynts Rummeniqe ilə görüşərək, mənim gələcəyimi müzakirə edəcəyik”.