Qvardiola: Nikbinliyim daha da güclənib
24.04.2014 - 06:40
Qvardiola: Nikbinliyim daha da güclənib

Xoçep Qvardiola məşqçi kimi ilk dəfə “Santyaqo Bernabeu”dan məğlub ayrılıb. Apasport.az saytının məlumatına görə, ispan baş məşqçi Çempionlar Liqasının ilk yarımfinal oyununda “Real”a uduzmalarına baxmayaraq, nikbin olduğunu bildirib.

 

Qvardiola komandası ilə fəxr etdiyini vurğulayıb: “Komandam dünyanın ən güclü klublarından birinə gücünü göstərdi. Buraxılan bu qolun əvəzinə çıxmaq imkanındayıq. Bizim məqsədimiz topa maksim nəzarət etmək, tez bir zamanda müdafiədən hücuma keçmək idi. Biz oyunun gedişinə nəzarət edə bildik. Amma “Real” da sadə komanda deyil. Madridlilər əks-hücuma keçmək şansı gözləyirdilər. Onların bunun üçün çox gözəl futbolçuları var. Mən əvvəlki kimi nikbinəm. Hətta nikbinliyim start fitinə qədər olduğundan da çoxdur”.