Qvardiolanı hansı məşqçi əvəzləyəcək?
17.12.2015 - 13:48
Qvardiolanı hansı məşqçi əvəzləyəcək?

Madrid “Real”ından ayrıldıqdan sonra işsiz qalan Karlo Ançelotti Almaniyada çalışa bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, italyan çalışdırıcının “Bavariya” ilə razılığa gəldiyi bildirilir.

 

Münhen klubunun rəhbərliyi hazırkı çalışdırıcı Xosep Qvardiola ilə yolları ayırmağa yaxındı. Belə ki, ispaniyalı məşqçi “Bavariya” ilə yeni müqavilə imzalamaq fikrində deyil. Karyerasını İngiltərədə davam etdirmək istəyən Qvardiolanı isə məhz Ançelottinin əvəzləyəcəyi gözlənilir.

 

Ançelottinin mövsümün sonunda komandanın “sükanı” arxasına keçəcəyi və onunla 3 illik müqavilənin imzalanacağı bildirilir.