Afrika Millətlər Kubokunda bütün 1/4 finalçılar bəlli olub. Apasport.az saytının məlumatına görə, ötən gün D qrupunda mübarizə aparan Mali və Qvineya milliləri eyni göstəricilərə sahib olduğu üçün pley-offa keçən komandanın adına püşklə aydınlıq gəlinib.
Belə ki, bütün oyunları 1:1 hesablı heç-heçə ilə başa vuran tərəflərdən biri püşk atmanın nəticəsinə görə 1/4 finala yüksəlib. Burada isə Qvineya yığması sevinib. Onlara isə Qana millisi rəqibi olacaq. Görüş fevralın 1-də baş tutacaq.
Qeyd edək ki, digər 1/4 final mərhələsində Konqo - Konqo Demokratik Respublikasıyla, Tunis - Ekvator Qvineyasıyla və Fil Dişi Sahili Əlcəzarlə üz-üzə gələcək.