Rahim Sterlinq 77 il sonra ilkə imza ata bilər
05.06.2015 - 00:40
Rahim Sterlinq 77 il sonra ilkə imza ata bilər

“Liverpul”un futbolçusu Rahim Sterlinq “Mançester Yunayted”in diqqət mərkəzinə düşüb. Apasport.az saytının “The Guardian”a istinadən məlumatına görə, “manukunianlar”ın baş məşqçisi Lui Van Qalın komandasında görmək istədiyi futboçu özü də bu keçidə qarşı deyil.

 

Ancaq bu transferin reallaşmaq ehtimalı çox aşağı dəyərləndirilir. Klublar və azarkeşlər arasında olan prinsipial rəqabətdən dolayı çox uzun müddətdi ki, bu iki komanda arasındakı marşrut üzrə heç bir futbolçu hərəkəti olmayıb.

 

Ən son 1938-ci ildə Allenbi Çilton “Liverpul”dan “Mançester Yunayted”ə transfer olub.

 

Xatırladaq ki, 20 yaşlı gənc istedad hazırkı klubunun təklif etdiyi həftəlik 100 min funt-strelinqlik yeni anlaşmanı qəbul etmir.

 

“Qırmızı şeytan”ların isə Sterlinqə həftədə 140 min funt təklif edəcəyi söylənilir.