Rail Məlikov 10 dəqiqə oynadı, komandası xal itirdi
22.02.2015 - 00:25
Rail Məlikov 10 dəqiqə oynadı, komandası xal itirdi

Türkiyə PTT I liqasında XXI turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millizin sabiq müdafiəçisi Rail Məlikovun formasını geyindiyi "Dənizlispor" səfərdə "Osmanlıspor"la üz-üzə gəlib.

 

Qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 0:0 hesabı ilə başa çatıb.

 

Rail isə 80-ci dəqiqəsində meydana daxil olub.

 

Qeyd edək ki, Dənizlispor"18 xalla 16-cı pillədə qərarlaşıb.