Rail Məlikov komandasını məğlubiyyətdən xilas edə bilmədi
15.02.2015 - 18:30
Türkiyə PTT I Liqasında XX turun növbəti oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin sabiq müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu “Dənizlispor” evdə “Altınordu” ilə münasibətlərinə aydınlıq gətirib.
Görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəlib.
Bu matçda Məlikov meydana start heyətdə çıxıb və 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, hazırda “Dənizlispor” 17 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşır.
0
0