Rakitiç: Xavinin əvəzi deyiləm, o hələ “Barsa”dadır
15.07.2014 - 06:09
Rakitiç: Xavinin əvəzi deyiləm, o hələ “Barsa”dadır

 

“Barselona”nın yeni transferi olan İvan Rakitiç onu komandanın liderlərindən olan Xaviyə əvəz kimi nəzərdən keçirməməyə çağırıb. Apasport.az saytının məlumatına görə, mətbuat Xavinin bu mövsüm Kataloniya klubunu tərk edəcəyi və Rakitiçin onun əvəzinə gətirildiyini iddia edir.

 

Amma Rakitiç bu iddianı təkzib etməyə çalışır: “Mən “Barselona”ya kimisə əvəz etməyə gəlməmişəm. Mən burada İvan Rakitiç kimi gəlmişəm. Xavini əvəz etmək? O hələ komandadadır. Komanda yoldaşlarımla görüşü səbirsizliklə gözləyirəm. Mən, haqqında çox danışılan stilin bir hissəsi olmaq istəyirəm. “Barsa” 4-3-3 sxemi ilə oynayır. Məşqçi isə mənə deyib ki, istənilən mövqedə oynaya bilərəm”.