[b]Ramin Musayev: “Araz-Naxçıvan”da artıq futbolçular var[/b]
16.10.2014 - 09:06
[b]Ramin Musayev: “Araz-Naxçıvan”da artıq futbolçular var[/b]

“Araz-Naxçıvan”ın çempionatda iştirakına çox sevinirəm”. Bunu apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

 

Cari mövsüm I dəstədən Topaz Premyer Liqasına yüksələn və hələlik uğursuz təsir bağışlayan “Araz-Naxçıvan” haqqında danışan Musayev komandanın çempionatın son 6 turunda qələbə qazana bilməməyini baş məşqçi Əsgər Abdullayevin yanlış seçimi ilə əlaqələndirib: “Naxçıvana gedən komandaların legioner futbolçuları xoş təəssüratlarla qayıdırlar. Azərbaycanın blokadada yaşayan bir bölgəsinin bu qədər gözəl olmasını təqdirəlayiq hal sayırlar. Futbol baxımından isə onu qeyd etmək lazımdı ki, bu komanda 14 ildən sonra bərpa oldu və elə ilk ildə Premyer Liqaya vəsiqə qazandı. Onların çıxışına gəlincə, gəlin tələsməyək. Bəlkə də  fasilədən sonra tamamilə başqa komanda olacaq. Amma etiraf edək ki, baş məşqçi Əsgər Abdullayev yanlış seçim etdi. O, futbolçu limitinə görə tələsdi. İndi də bu üzdən problemlərlə üzləşiblər və nəticə də yoxdu. Bundan başqa, orada lazımsız futbolçular var. 2-3 oyunçu var ki, onlar komandada olmamalıdı. Bütün bu səbəblər uğursuzluğun olmasına gətirib çıxarır”.

 

0