[b]Ramin Musayev: Klublarımızın avrokubokdakı çıxışı bizi sevindirir[/b]
21.07.2015 - 11:17
[b]Ramin Musayev: Klublarımızın avrokubokdakı çıxışı bizi sevindirir[/b]

“Klublarımızın avrokubokdakı çıxışı bizi sevindirir. “Qəbələ” klubu da artıq bizi sevindirməyə başlayıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

 

Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün püşkatma mərasimində Musayev fikirlərini bölüşüb: “Çempionatın reqlamenti dəyişmir, yenə 10 komandalı 4 dövrəli çempionat keçiriləcək. Yerli oyunçulara önəm verməliyik. Millinin yaxşı çıxışı üçün də bu önəmlidi”.