“Real Madrid”in müdafiəçisi Serxio Ramos Çempionlar Liqasının yarımfinalında “Bavariya” ilə keçirəcəkləri cavab görüşü barədə danışıb. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu turnirdə qələbə çalmağı arzu etdiyini bildirib.
Ramos hələ də bu turnirdə qalib gələ bilmədiyini xatırladıb: “Çempionlar Liqasında qələbə mənim arzumdur. Demək olar ki, professional səviyyədə bütün titulları qazanmışam. Amma Çempionlar Liqasını fəth edə bilməmişəm. Bunun dəlilik səviyyəsindəki arzu olduğunu deyə bilmərəm. Amma sənin qələbə siyahında nəsə çatışmayanda, bu diqqəti cəlb edir. Bu artıq başqa hissdir. Bu, həqiqətə çevrilən arzu olardı. Turnirin kubokunu başımın üzərinə qaldırmaq çox yaxşı olardı”.