Ramos ata oldu
08.05.2014 - 04:42
Ramos ata oldu

 

İspaniya millisinin və “Real Madrid”in müdafiəçisi Serxio Ramosun oğlu olub. Apasport.az saytının məlumatına görə, uşağın anası futbolçunun rəfiqəsi – 28 yaşlı model və teleaparıcı Pilar Rubiodur.

 

Uşağı Serxio Ramosun atası Serxio Ramos Rubionun şərəfinə adlandırıblar. Uşaq mayın 6-da dünyaya göz açıb. Ramos bu barədə “Twitter”də yazıb: “Sizinlə xoş xəbəri bölüşmək istəyirəm. Bizim ilk övladımız dünyaya gəlib – Serxio Ramos Rubio”.