“Real”ın aparıcı müdafiəçisi Serxio Ramosun zədəsinin son durumuna aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, İspaniya millisinin üzvü ən azı iki həftə komandadan ayrı qalacaq.
La Liqanın XVI turu çərçivəsində “Sevilya” (2:1) ilə görüşün birinci hissəsində zədələnərək əvəzlənən Ramos “Real”ın iki vacib oyununu buraxacaq. Belə ki, o, sabah Madrid derbisində “Atletiko” ilə səfər qarşılaşması ilə yanaşı, fevralın 18-də Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Şalke” ilə ilk görüşdə də iştirak etməyəcək.
Qeyd edək ki, “Sevilya” ilə oyunda zədələnən “Real”ın digər futbolçusu Hames Rodriges isə 2 aylıq sıradan çıxıb.