“Real Madrid”in futbolçusu Serxio Ramos karyerasını bitirəndən sonra öküz döyüşlərinin təşkili ilə məşğul olacağını istisna etməyib. Apasport.az saytının məlumatına görə, futbolçu korridaya sevgisi və məşhur ispaniyalı toreadorlarla dostluğu ilə ad çıxarıb.
“Real”ın müdafiəçisi hətta 2009-cu ildə öküz döyüşünə baxmaq üçün “Vilyarreal”la oyunda ehtiyat oyunçular skamyasını özbaşına tərk edib. O, sonradan bu hərəkətinə görə azarkeşlərdən və klub rəhbərliyindən üzr istəməli olub. Ramos onu da etiraf edib ki, iki dəfə torero rolunda çıxış edib.
Ramos televiziya verilişlərindən birində etiraf edib ki, həyatını öküzlərlə bağlamağa hazırdır: “Ola bilsin, futbolçu karyeramı başa vurandan sonra Maestrantsda (Madriddə küçədir) öküz festivalının hazırlığı ilə məşğul olum. Bu zaman dostlarım Morante, El Xuli, Mansaneras və Talavanteni də cəlb edəcəyəm”.