Rauf Əliyev: “Xəzər Lənkəran” haqda danışmaq istəmirəm
04.07.2014 - 16:01
Rauf Əliyev: “Xəzər Lənkəran” haqda danışmaq istəmirəm

“Hələlik “Xəzər Lənkəran” haqda danışmaq istəmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Rauf Əliyev deyib.

 

Maliyyə problemlərinə görə “Bakı”dan ayrılıb, cənub klubuna keçməyə yaxın olan hücumçu yeni komandası haqqında danışmaq istəmədi. Sabah “Xəzər Lənkəran”ın düşərgəsinə qoşulacağı gözlənilən 25 yaşlı futbolçu bunu nə təsdiq, nə də təkzib etdi: “Hər şeyi birlikdə görəcəyik. Ətraflı məlumat vermək istəmirəm. Əgər “Xəzər Lənkəran”a keçsəm, bunu sabah hamınız biləcəksiniz”.