Beynəlxalq İdman Araşdırmaları Mərkəzi Avropada son yeddi mövsüm ərzində transferlərə ən çox pul xərcləyən klublar müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, bu siyahıya Çempionlar Liqasının son qalibi Madrid “Real”ıdır.
İspaniya klubu son yeddi mövsüm ərzində heyətinə qatdığı futbolçular üçün 750 milyon avrosundan keçib. İkinci yerdə isə İngiltərə təmsilçisi "Mançester Siti" qərarlaşıb. “Şəhərlilər” bu transferlərə 733 milyon avro xərcləyib. "Barselona" isə üçüncü pillədə yer alır.
Bundan başqa, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter"in də adı transferlərə ən çox pul xərcləyən klublar arasında göstərilib. Milanlılar son yeddi mövsümdə futbolçulara 291 milyon avro ödəyib. Bu siyahıda onları “Real”la 11 pillə ayırır (12).
Qeyd edək ki, UEFA-nın Maliyyə Nəzarət Komitəsi rəqibimiz olan “İnter”i feyr-pley meyarlarına uyğun gəlmədikləri səbəbi ilə araşdırır. İtaliya klubu 2012-2013 mövsümü üçün göndərdikləri fəaliyyət hesabatlarında qaydaları pozduğu üzə çıxıb.