Rəqiblərimizin oyununda darmadağın
30.09.2015 - 07:58
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində VI qrupda ilk tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin mübarizə apardığı qrupun ikinci oyununda Belçika ilə Gürcüstan üz-üzə gəlib.
Mini turnirə ev sahibliyi edən belçikalılar 80 dəqiqə ərzində 15 cavabsız qol vurmağı bacarıb – 15:0. Maraqlıdı ki, bu görüşdə 10 futbolçu qol vurub.
Bununla da meydan sahibləri yığmamızın Çexiyaya 1:4 hesabı ilə uduzduğu qrupda liderliyi ələ alıb. Komandamız sabah Belçika ilə görüşəcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0