Rəşad Sadıqov “İnter”lə oyunda iştirak edə bilməyəcək
25.09.2014 - 20:16
Rəşad Sadıqov “İnter”lə oyunda iştirak edə bilməyəcək

Dünən “Qarabağ”ın kapitanı Rəşad Sadıqov zədəsinə görə məşqi yarıda dayandırıb. . Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçunun durumu heç də ürəkaçan deyil.

 

Belə ki, o, Milan “İnter”inə qarşı oyunda da böyük ehtimalla iştirak etməyəcək.

 

Bu barədə futbolçunun özü bildirib: "Əzələm dartılıb, 10-15 gün müailicə olmalıyam. “Neftçi”  ilə meydanda olmayacağım dəqiqdi. “İnter”lə də oyunda böyük ehtimalla meydanda olmayacam. Ən yaxşı halda millinin oyunlarına çatacam. Həkimlər dedi ki, müalicə almalıyam. Millinin oyunlarına hazır olmağa çalışıram. Çox vacib oyunlarımız var”.

 

 

futbolinfo.az