“Qarabağ” hazırlıqlarını davam etdirir. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarına hazırlaşan komanda günü tək çalışma ilə keçirib.
Komanda saat 11:00-da Tofiq Bəhramov adına Respublika stadionunda yeganə məşqinə çıxıb. “Qarabağ”ın məşqi 90 dəqiqə davam edib. Müəyyən isinmə hərəkətlərinin ardından 2 qrupa bölünən komanda ikitərəfli oyun keçirib. Ağdam təmsilçisinin məşqində yalnız Rəşad Sadıqov iştirak etməyib. Kapitanın müalicəsi hələ də davam edir.
Qeyd edək ki, sabah “Qarabağ” hazırlığın Bakı mərhələsini başa vuracaq. Səhər çalışmasından sonra otelə yığışacaq komanda ertəsi gün təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.