Rəşad Sadıqov: Onun yoxluğu oyunumza təsir etdi, bundan sonra da edəcək
19.09.2014 - 10:47
Rəşad Sadıqov: Onun yoxluğu oyunumza təsir etdi, bundan sonra da edəcək

Avropa Liqasının ilk turunda “Sent-Etyen”i qəbul edən “Qarabağ”ın kapitanı Rəşad Sadıqov qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı müdafiəçi oyun (0:0) haqda fikirlərini açqılayəb.

 

- Qolsuz başlanğıcla bağlı nə deyə bilərsiniz?

- Rəqibdən üstün futbol oynadıq. 90 dəqiqə daha yaxşı çıxış etdik.  Çoxsaylı real qol epizodları yaratdıq. Fransa təmsilçisi çox sıx müdafiə səddi qurmuşdu. Bu da onların müdafiədə yaxşı oynamalarına şərait yaratdı. Təəssüf ki, qol şanlarımızı boşa verdik.

 

- “Qarabağ”ın əsas qol ümidi Reynaldodur. O, hər epizodu qol çevirəcək qabiliyyətə sahibdir. Amma braziliyalı isə son oyunlarda zəif təsir bağışlayır, daha çox şansları sağa-sola xərcləməklə məğuldur. Onu bu cür oynaması nədə irəli gəlir?

-  Konkret nəsə demək mümkün deyil. Oyun zamanı yaratdığın epizodların hamısını qola çevirməyin mümkün deyil. Ancaq bu gün yaxşı imkanımız oldu, yenə deyirəm, yararlana bilmədik.

 

- Bu matçda “Qarabağ”ın qələbəni əldən verdiyini düşünürsünüzmü?

- Futbolda belə şey yoxdur. Yəni qol epizodu yaratdınsa, mütləq vurmalısan. Yaxud üstün oynayırsansa, mütləq qələbə qazanmalısan. Bəzən olur ki, 90 dəqiqə oyunu meydanın rəqibə aid hissəsində keçirirsən, amma xal qazana bilmirsən. Təbii ki, yaxşı olardı ki, biz də qrup mərhələsinə qələbə ilə başlayaq. Qismət belə imiş.

 

- Oyunun gedişində komanda yoldaşınız Muarem Muarem yerdə qalsa da, topu meydandan çıxarmırdınız. Həmin epizod zamanı komanda yoldaşını görmürdünüz, yoxsa buna ehtiyac yox idi?

- Mən görürdüm, amma həmin vaxt top mənə gəlmədi. Top mənə düşsəydi, onu meydandan çıxaracaqdım.

 

- Çumbinyonun gözlənilmədən əvəzedilməsi oyununuza təsir etdimi?

- O bizim əsas heyət üzvlərindən biridir. Onun yoxluğu, daha doğrusu erkən əvəzlənməsi oyunumuza təsir etdi, bundan sonrakı matçlarımıza da təsir edəcək.