Topaz Premyer Liqasının XXXIII turunun “Bakı” – “Qarabağ” matçında xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın ikinci hissəsində Ağdam təmsilçisinin azarkeşləri ilə oyunu buraxan kapitan Rəşad Sadıqov arasında söz dueli gerçəkləşib.
Belə ki, hakim futbolçulara su içmək üçün qısa fasilə verən zaman ağdamlıların fanatları Qara Qarayevə oyunundan narazılığı bildiriblər. Onlar gənc futbolçunun müdafiəyə daha çox meyl göstərməkdə qınayıb, bir az da hücumlara qoşulmasını tələb ediblər.
Bunu görən Sadıqov komanda yoldaşının müdafiəsinə qalxıb. “Nə olub, hamınız məşqçi-professor olmusunuz”, deyən Rəşad bu ifadə ilə azarkeşləri susdurmağa nail olub.