Reyna “Bavariya”ya keçdi
06.08.2014 - 04:29
Reyna “Bavariya”ya keçdi

“Liverpul” klubunun ispaniyalı qapıçısı Pepe Reyna “Bavariya”ya keçib. Apasport.az saytının məlumatına görə, futbolçu tibbi müayinədən keçəndlən sonra komanda ilə müqavilə imzalayacaq.

 

İspaniya millisinin 31 yaşlı qapıçısının alman klubuna keçidinin təfərrüatları açıqlanmır. Britaniya mətbuatının məlumatına görə, Reyna münhenlilərə 2,5 milyon avroya başa gələcək. Futbolçunun keçidini “Bavariya”nın İdarə Heyətinin sədri Karl-Haynts Rummeniqe də təsdiqləyib.

 

Reyna “Liverpul”a 2005-ci ildə “Vilyareal»dan keçib. O, klubla bir yerdə İngiltərə Kubokunu və Superkubokunu, İngiltərə Liqası Kubokunu və UEFA Superkubokunu udub, Çempionlar Liqasının finalına kimi irəliləyib. Ötən mövsümü isə icarə əsasında İtaliyanın “Napoli” klubunda oynayıb.