Reyna rəsmən “Bavariya”da
09.08.2014 - 00:20
Reyna rəsmən “Bavariya”da

 

İspaniyalı qapıçı Pepa Reyna rəsmən “Bavariya”nın futbolçusu olub. Apasport.az saytının məlumatına görə, futbolçu tibbi yoxlamadan keçəndən sonra Münhen klubu ilə 3 illik müqavilə imzalayıb.

 

31 yaşlı Reyna “Bavariya”da 23 nömrəli forma ilə çıxış edəcək. O, bu gün “Alyants Arena”da rəsmən təqdim olunacaq. Reyna imzalama mərasimindən sonra Münhenə daha çox titul qazanmaq üçün gəldiyini deyib.

 

İspaniyalı qapıçı 2005-ci ildən “Liverpul”da oynayır və ingilis komandasının heyətində 400-dən çox oyun keçirib.