Riberi məşqlərə başladı
15.07.2014 - 22:53
Riberi məşqlərə başladı

 

Fransa millisinin və “Bavariya”nın futbolçusu Frank Riberi məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi yeni mövsümə hazırlaşan komandanın ümumi qrupuna qoşulub.

 

Amma Riberi hələlik ümumi qrupda məşq etmir. Həkimlər ona fərdi qrafik üzrə yüngül hərəkətlər etməyə icazə veriblər.

 

Xatırladaq ki, Riberi kürəyində yaranan ciddi problemlər səbəbindən dünya çempionatını buraxıb.