Almaniyanın “Bavariya” futbol klubunun yarımmüdafiəçisi Aryen Robben Çempionlar Liqasının yarımfinalında “Real Madrid”ə qarşı keçirəcəkləri cavab oyunu barədə danışıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı futbolçu “Real”a qibtə edilməyəcək perspektiv vəd edib.
Robben cavab görüşünü öz meydanlarında oynayacaqlarını xatırladıb: “Öz meydanımızda oynayırıq və Rummeniqqenin sözlərini həyata keçirmək istəyirik: “Bavariya” “Alyans-Arena”nı cəhənnəmə döndərəcək. Bir şeyi vəd edə bilərəm: biz elə bir iradə ilə oynayacağıq ki, heç kim bizim axıra qədər gücümüzü ortaya qoymadığımızı deyə bilməsin. “Bavariya”nın finala çıxacağına inanıram”.