Robben: Almaniya əsas favoritdir
25.06.2014 - 06:42
Robben: Almaniya əsas favoritdir

Hollandiya millisinin futbolçusu Arien Robben Almaniyanı dünya çempionatının əsas favoriti adlandırıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi komandasının baş məşqçi Lu van Qalın sxeminə uyğun oynamalı olduğunu vurğulayıb: “Almaniya mənim üçün dünya çempionatının əsas favoritidir. Onlar çox gözəl oynayırlar. Biz isə göynən getməməliyik, yerə düşməliyik. Biz işə münasibətimizi qoruyub saxlamalıyıq, oyunçular bir-birinə kömək etməlidir. Eləcə də, uğur qazanmaq istəyiriksə, məşqçiyə inanmalıyıq. O, nə etdiyini bilir”.