Hollandiya millisinin yarımmüdafiəçisi Aryen Robben Braziliya ilə üçüncülük uğrunda oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, mündialın ən yaxşı futbolçusu adına iddialılardan biri olan Robben Hollandiya millisinin baş məşqçisi Lui vann Qal barədə də danışıb.
Robben van Qalı indiyə kimi işlədiyi ən yaxşı məşqçi adlandırıb: “O, həqiqətən də indiyə qədər çalışdığım ən yaxşı məşqçidir. Bizim özünəməxsus münasibətlərimiz var. O, oyundan sonra mənə “Mançester Yunayted”ə keçməyi təklif etdi. Amma mən keçməyəcəyəm. Mən “Bavariya”da öz yerimdə oynayıram. Mənim van Qalın “Yunayted”ində işim yoxdur”.