Robben Avstraliya-Hollandiya oyunçusunun ən yaxşısı sayıldı
18.06.2014 - 22:46
Hollandiya millisinin oyunçusu Aryen Roben Avstraliya-Hollandiya matçının ən yaxşısı hesab edilib. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın rəsmi saytında xəbər yerləşdirilib.
90 dəqiqə meydanda olan Robben komandasının ilk qolunu vurub, eləcə də rəqib qapısına daha 5 zərbə endirib. Oyun 3:2 hesabı ilə Hollandiyanın xeyrinə başa çatıb.
0
0