Robben Hollandiya-Çili oyununun ən yaxşısıdır
23.06.2014 - 22:42
Robben Hollandiya-Çili oyununun ən yaxşısıdır

 

Hollandiya millisinin futbolçusu Aryen Robben Hollandiya-Çili matçının ən yaxşısı hesab olunub. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın saytında xəbər yerləşdirilib.

 

30 yaşlı yarımmüdafiəçi bu oyunda qol vurmayıb. Amma gözəl oyunu və məhsuldar ötürməsi ilə yadda qalıb. Xatırladaq ki, Hollandiya bu oyunda 2:0 hesabı ilə qalib gələrək qrupda birinci yeri təmin edib.