Roberto Karlos: Neymar dahidir
24.04.2014 - 02:58
Braziliya yığmasının əfsanəvi futbolçusu Roberto Karlos həmyerlisi Neymarı tərifləyib. Apasport.az saytının məlumatına görə, hazırda Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi olan Karlos Neymarın Braziliyada keçiriləcək dünya çempionatının qəhrəmanı ola biləcəyini bildirib.
Keçmiş futbolçu Neymarın dahi oyunçu olduğunu iddia edib: “Onun qarşıdan gələn dünya çempionatında həlledici futbolçu olmaq imkanı var. Onun yeganə problemi xarakterindədir və bu xarakter ona mane ola bilər”.
Qeyd edək ki, Braziliya yığması Xorvatiya, Meksika və Kamerunla bir qrupda oynayacaq.
0
0